Qədim Pompeyopolis şəhərində Roma teatrı aşkarlandı

09:15 27.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kastamonun Taşköprü rayonunda yerləşən Pompeyopolis Antik Şəhərdə qazıntılar zamanı teatr aşkar edilib. Qazıntılar şöbəsinin müdiri, professor Mövlud Əliüşük, "Mövcud tapıntılar teatrın 4-cü əsrin sonlarından etibarən tərk edildiyini göstərir" deyib.

Hafta.az-ın yazdığına görə, 2006-cı ildə Kastamonun Zımbıllı təpəsindəki tarixi Paflagonia bölgəsinin paytaxtı Pompeyopolisdə başlayan qazıntılar Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Karabük Universiteti Ədəbiyyat Fakültəsi Arxeologiya bölümü professoru Mövlud Əliüşükün sədrliyi ilə həyata keçirilir.

Pompeyopolis Antik Şəhərdəki Roma teatrında son 2 ildə intensiv arxeoloji qazıntılar apardıqlarını izah edən Əliüşük, "Roma teatrının təxminən 80 faizinin arxeoloji qazıntısını tamamladıq. Bu çərçivədə bütün qrup 2023-cü ildə quruluş üçün bərpa və konservasiya layihəsini azırladıq və onu Ankara Regional Mühafizə İdarəsi təsdiqlədi. Mövcud layihəni son araşdırmalarla yenidən nəzərdən keçirəcəyik. Gələn ildən dəstək tapa bilsək, bərpaya başlayacağıq” deyib.

Qazıntıları çoxmillətli qrupla apardıqlarını bildirən Əliüşük tədqiqatda alim, mütəxəssis və işçi olmaqla 34 nəfərin iştirak etdiyini bildirib. Teatrın əhəmiyyətinə toxunan Əliüşük deyib: "Xüsusilə Pafagoniaya baxdığımızda indiyə qədər müəyyən edilmiş bir teatr yoxdur. Bu, bölgədəki yeganə teatr olması kontekstində vacibdir. Pompeyopolisdə Roma imperiyası dövrünə aid tikililərə baxdığımızda görürük ki, qiymətli mərmərdən istifadə edilən bina sən demə teatrdır”.